layout
Cavanlığım - Alim Qasımov
Трек

Alim Qasımov - Cavanlığım

Текст песни 
Текст песни: Səni mənə vüsal verdi
Hicran aldı, cavanlığım
Saçlarımı ağ görəndə
Fikrə daldı cavanlığım
Saçlarımı ağ görəndə
Fikrə daldı cavanlığım

Səsləyərəm, geri dönməz
Gözləyərəm, o görünməz
Özü getdi, məni sönməz oda saldı cavanlığım

Səsləyərəm, geri dönməz
Gözləyərəm, o görünməz
Özü getdi, məni sönməz oda saldı cavanlığım

Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım

Yox gileyim, şikayətim
Bəlkə, bu imiş öz qismətim
Hara getdi məhəbbətim?!
Harada qaldı cavanlığım?!
Hara getdi məhəbbətim?!
Harada qaldı cavanlığım?!

Səsləyərəm, geri dönməz
Gözləyərəm, o görünməz
Özü getdi, məni sönməz oda saldı cavanlığım

Səsləyərəm, geri dönməz
Gözləyərəm, o görünməz
Özü getdi, məni sönməz oda saldı cavanlığım

Çəkdim eşqin hər nazını
Gördüm hicran ayazını
Yar köklədi qəm sazını
Alıb çaldı cavanlığım, ay

Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım
Cavanlığım, cavanlığım
Слушать
Скачать mp3
0

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover