layout
Arazım - Fərqanə Qasımova
Трек

Fərqanə Qasımova - Arazım

Текст песни 
Текст песни: Ehtiyacın yox tərifə,
xoş görüşdük, Xan arazım,
darixanda biz tərəfə
sahilə çıxan Arazım!

Sınan dolu sözlər ilə,
qəlbin – odlu közlər ilə,
qəhər boğan gözlər ilə
gözümə baxan Arazım,

Yenə də yuxum qarışıb,
hansı dalğan harda çaşıb?
Muğanda – Kürə qarışıb,
Xəzərə axan Arazım,

Tut, uzatdım əllərimi,
durul, yuyum tellərimi,
dərdləriylə Əllərimi
yandırıb-yaxan Arazım,

Heyranıq həzin səsinə,
şirin, doğma nəfəsinə,
nə cür baş qoyum sinənə?
Bağlıdır yaxan, Arazım
Слушать
Скачать mp3
0

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover