layout
Qıymadın - Gülyanaq Məmmədova
Трек

Gülyanaq Məmmədova - Qıymadın

Текст песни 
Текст песни: Mənə ümid verdin, qarşılığında,
Könlümü bağında əkəm, qıy­madın.
Bir xəyal gerçəyi yaraşığında
İmarət ucaldam, tikəm, qıy­madın.

Bölgüdə yeri var sözü hər kəsin,
Xeyir – xeyirxahın, məkr – nakəsin.
Dedin ki, çatmazmaz gücü bir kəsin,
İstədim sədləri sökəm, qıy­madın.

Dönməz sevdasından, dünya sehirdir,
Bir parça torpaqdır, hər yan nehirdir.
Acısı, şirini paydır, bəhrdir,
Birdən acı düşər tikəm, qıy­madın.

Dilək nə qədərdir, arzu nə sayda,
Öləzdi hamısı hayda-harayda.
İçində dərd çəkdin, yükü nə boyda…
Bircə misqalını çəkəm, qıy­madın.

Ümid işartısı, söz işartısı,
Hər zülmət gecənin öz işartısı.
Yanar Mahirənin köz işartısı,
Yanar nəfəsini didəm, qıy­madın.
Слушать
Скачать mp3
0

Популярные песни  Gülyanaq Məmmədova

Популярные исполнители

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover