layout
Əliyev Zamiq - YAP10
Трек

YAP10 - Əliyev Zamiq

Текст песни 
Текст песни: Bu yolun bilirəm dayazın, həm pilləsin
Geyimimə görə küçədə də ağız əyirlər
Bu yolun bilirəm dayazın, həm pilləsin
Rahat nəfəs alıram dəyəndə kağız əlimə

Mən üzdən şənəm
Gedirəm düz məşələ
Bir-iki səhvə görə adımı narkoman qoyanlara sözüm
Gözləmirəm sizdən şərəf

Mən sevdim oyuncağı, sevdim şarı
Dərdi də yox idi o balaca uşağın
Həyat heç nəyə bağlanma dedi
Dayım ən əziz oyuncağımı atanda 4-dən aşağı

Ürəy göynəməsin, bəs neynəsin?
Bəzi şeylər də deyiləsi
Ac-susuz küçələr bədəli idi
Sol qoluma vurduğum döyməmin

Yazmaqdan biləyim yorğun
Ağrıdan kürəyim solğun
İçi boşlar dirəyim oldu
Bilmirəm nədən başlayım, ürəyim doludur

Birinci kurs нархоз qayıb
Faizi univerdən qovulmaq
Və sonra başa düşdüm heyif
Həyatda çox şeyi para-pul yoluna qoyur, doğrudan

Həyat bataqlıq, hər yaş daha dərinə aparır asandır boğulmaq
Yeddi yaş, atamın ölümü o yükü daşımaq, zəif idi onurğam
Nə yalan deyim, hələ də yaşadığım ev suvaq içində
Pirşağı kənd, dəniz qırağı
Yağan hər yağış, gələn şaxta, qar bilir necə lazım əlləri soyutmaq

Sən döz hər gecədən sonra səhər açılar
Niyə bəddir hər şey Allah tərəfdən axı mənə yazılan?
Getmək, yenidən başlamağa cəhd etmək
Heç kimə güvənməmək, əhd etmək
Qohum, dost, tanış, qardaş hamısını bir dəfəliyinə də rədd etmək

Sən döz hər gecədən sonra səhər açılar
Niyə bəddir hər şey Allah tərəfdən axı mənə yazılan?
Getmək, yenidən başlamağa cəhd etmək
Heç kimə güvənməmək, əhd etmək
Qohum, dost, tanış, qardaş hamısını bir dəfəliyinə də rədd etmək

Əvvəl yaradanın varlığını danırdım, cahillik bilirsiz nə oldu sonra?
Adicə bir qələmi də, vərəqi də kimsə yaradır axı, dedim öz-özümə sual
İndi hər səhərlər edirəm dua, sıxılanda açıb oxuyuram Quran
Bilirsən, əsas o biri dünyadı dostum, inan ki gəldi-gedərdir bura

Mən zülmət istədim, oldu sabah
Çoxdur səbəblərim mən özümə qapılam
Can-ciyər dedim, amma siz olduz hava
İşiniz keçmir, bağlayın üzümə qapılar

Mən yenə də ölməmişəm həvəsdən
Həyat yükünün təsiridir boy bəstə
Hey, mənə qulaq asan, yad deyilsən
Mənim səhvlərimi eləmə təzdən sən

Sən döz hər gecədən sonra səhər açılar
Niyə bəddir hər şey Allah tərəfdən axı mənə yazılan?
Getmək, yenidən başlamağa cəhd etmək
Heç kimə güvənməmək, əhd etmək
Qohum, dost, tanış, qardaş hamısını bir dəfəliyinə də rədd etmək

Sən döz hər gecədən sonra səhər açılar
Niyə bəddir hər şey Allah tərəfdən axı mənə yazılan?
Getmək, yenidən başlamağa cəhd etmək
Heç kimə güvənməmək, əhd etmək
Qohum, dost, tanış, qardaş hamısını bir dəfəliyinə də rədd etmək
Слушать
Скачать mp3
0

Популярные песни  Yap10

Все песни

Популярные исполнители

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover