layout
Zərdüşt - Mc B.u.S
Трек

Mc B.u.S - Zərdüşt

Текст песни 
Текст песни: Musiqini duya bilməyənlər
Rəqs edənləri dəli bilirlər

Arxadan atdığınız daşları mən
Pilləkən edib yuxarı qalxıram
Yüksəlib olmuşam bir ulduz, onçün
Qaranlığa daha çox yaraşıram

Yalanlar hər zaman məhv edir
Axtarmalı öncə doğruda gücü
Öz alovunda yanmağa hazır ol
Kül olub yenidən doğulmaq üçün

Məzara girməyi bil
Çünki öncə məhv edir bu zibil
Uçmağı öyrənmək istəyirsənsə
Əvvəlcə bir ayağa durmağı bil

Sürünməyi sevən məxluq
Göydə ulduzları görə bilməz
Yıxıldınsa, dur, yıxıl, yenə dur
Bu dünya zəifə rəhm eləməz

Mən tək deyiləm, özümlə baş-başayam
Ruhum o qədər güclü, bu dünyanı daşıyar
Mən tək deyiləm, özümlə baş-başayam
Ruhum o qədər güclü, bu dünyanı daşıyar

Öz qanadına güvənməyən hər kəs
Qoşulmağa daim sürü axtarır
Mərd olsun düşmənin, amma ki olmasın
Yanında gəzənlər dostun saxtası

Həyat bir döyüşdü mən
Doğulmamışam, geri çəkiləm
Həyat bir döyüşdür, sən
Doğulmamısan, geri çəkiləsən

Ölümdən qorxanlar yaşamayanlar
Ölümdən qorxmadan yaşa və anlat
İçində hüzur var, oxu və anla
Küçədə qorxu var, küçədə qan var

Ona görə daim davam
Həyat vermir boşa hədiyyə bizə
Bataqlıqda isti qoxulardansa
Zirvədəki soyuq hava gözəl

Mən tək deyiləm, özümlə baş-başayam
Ruhum o qədər güclü, bu dünyanı daşıyar
Mən tək deyiləm, özümlə baş-başayam
Ruhum o qədər güclü, bu dünyanı daşıyar

Musiqini duya bilməyənlər
Rəqs edənləri dəli bilirlər
Musiqini duya bilməyənlər
Rəqs edənləri dəli bilirlər
Слушать
Скачать mp3
0

Популярные песни  Mc B.u.s

Все песни

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover