layout
Mənə Şans Ver - Rio
Трек

Rio - Mənə Şans Ver

Текст песни 
Текст песни: Dedim, mənə şans ver
Dedi, sənə güvənə bilmərəm
Bütün günü küçələrdə sülənə bilmərəm
Sonra papa nə deyər?
Evə gec qayıda bilmərəm

Dedi, həyatımda “monotone vibes”
Dedim, narahat olma, danışım atanla
Lap verməsə, qaçırdaram səni
Səni düşünmədən açılmır səhərim

Bilirəm, apara bilmərəm səni Dubaya
Amma apararam uzaqbaşı Qubaya
Qızılları qoruyur pələnglər, həyat “Fort Boyard”
Sənə görə dözürəm bu şəhərdəki “пробка”-a

Dedi, təcili bu sevgidən üz əlini
Bəs eləməz bizə aylıq o “Spotify” gəliri
Sevgim olmasa, yaramaz gözəllik işə
Sənə görə plazalarda düzəlim işə

“Baby”, çiyin-çiyinə vuruşarıq
Hələlik bir otaqlı evə də sığışarıq
Bir dənə də qız uşağı
Üşüyəndə qucaqlaşıb qızışarıq
Nəsə lazım olsa, qonşulardan soruşarıq

Başqasına yox yer
All I need in this life of sin me and my girlfriend
“Baby”, mənə şans ver
Çalışaram, düzəldərəm, “I swear”
Ürəyimdə Aysberq
“Baby”, mənə şans ver
“Baby”, mənə şans ver
Çalışaram, düzəldərəm, “I swear”

Bilirəm, rəfiqələrin də sənə deyir
“O uşaqdan uzaq ol, dedikləri nağıl onsuz
O, xəyal dünyasındadır, sən gül kimi qızsan
Riskə atma gələcəyini, bir az ağlın olsun”
Amma özün də bilirsən
“Baby”, gecə-gündüz necə döyüşürəm
Hər şey ikimiz üçün, gələcəyi düşünürəm
Studiyada gecələyib həyatımla əlləşirəm

O qayıtdı ki, inanıram sənə
Amma, “baby”, xəyallar qarın doyurmur
Dedim, hamısı yalandır
Xəyal deyil bunlar, hamısı plandır
Bu, cibimdə qalandır
Götür, yarısı sənindir

Başqasına yox yer
All I need in this life of sin me and my girlfriend
“Baby”, mənə şans ver
Çalışaram, düzəldərəm, “I swear”
Ürəyimdə Aysberq
“Baby”, mənə şans ver
“Baby”, mənə şans ver
Çalışaram, düzəldərəm, “I swear”

Ürəyimdə Aysberq
“Baby”, mənə şans ver
“Baby”, mənə şans ver
Çalışaram, düzəldərəm, “I swear”
Слушать
Скачать mp3
0

Популярные песни  Rio

Все песни

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover