layout
İşıq - YAP10 feat. Jasur Nematov
Трек

YAP10, Jasur Nematov - İşıq

Текст песни 
Текст песни: Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə

Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə

Ömür otaq, biri gələrdi, biri gedərdi
Vaxt oldu, gedənlərlə biz çəkdik birgə dərdi
Aramızda istilik də çox deyil ki, bir qədərdir
Qədərdən qaçma! Qaçmaq da bir qədərdir
Altından xətt çəkdiyinin üstündən xətt çəkirsən
Pis insanlara görə yaxşıya sərhəd çəkirsən
Dəyəri olmayana zamanından xərc çəkirsən
Gecələr siqaretlə eyni anda dərd çəkirsən
Mən onlara fikir vermədim
Çünki azadlığım mənliyimi mən edər
Qəfəsin içində doğulan balaca quşlar
Uçmağı xəstəlik zənn edər

Bu soyuqlardan oda sarıldım
Doğmalarım yox, yada sarıldım

Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə

Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə

Yumşağam buludlar kimi
Hərdən də mən ağıram dağlar qədər
Kirliyəm, ağ vərəqdə qara nöqtə
Hərdən də təmizəm mən, qara rəngdə ağlar qədər
Biz hərdən yük olmuşuq valideynlərə
Sanki, nəhəng bir budağa yarpaqlar qədər
O vaxtı bütün doğmalarımız yanımızdaydı
Biz necə sevinirdik uşaqlar qədər
İndi illərlə dost dediyimdən yola getmirik artıq
Başında söz verdik yolun ortasında qaldıq
Hərdən qırıldıq biz
Zamanla yanıldıq biz
Yadlara sarıldıq biz

Bu soyuqlardan oda sarıldım
Doğmalarım yox, yada sarıldım

Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə

Yadlara sarıldıq
Zamanla yanıldıq
Hərdən qırıldıq, içimizə işıq düşsün deyə
Слушать
Скачать mp3
0

Популярные песни  Yap10

Все песни

Популярные песни  Jasur Nematov

Популярные исполнители

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover