layout
Rip Van Winkle - Content TV & Okaber
Трек

Content TV, Okaber - Rip Van Winkle

Текст песни 
Текст песни: Ölülərdən susmaq öyrəndim
Sağlardan qumar
Dünya düyünlü bağlardan yumaq
Dağlardan duman, dağlar qanquma
Qaralardan soyqırım, ağlardan çuma

Dedilər, bəsdir, baxdın
Beş barmağın beşi bir olsa da
Çürüyən kəsilib atılır
Düşün ki, təhvil-təslimatdır
Sən təhsil almadan
Necə alırsan axı təhsil haqqı?

Yayılıb geniş şəkildə gündə bir adət
Baş qaldıran başa küt dəmir alət
Quldurluq, özbaşınalıq eləyirmiş öz kabinetində
Rüşvətlə tutulana qədər isə eləyib kütləvi qarət

Yayılıb geniş şəkildə gündə bir adət
Baş qaldıran başa küt dəmir alət
Quldurluq, özbaşınalıq eləyirmiş öz kabinetində
Rüşvətlə tutulana qədər isə eləyib kütləvi qarət

Yayılıb geniş şəkildə
It was simple
Qayıdıb Rip Van Winkle
Elə bil çıxardıb Ip Man “single”
Yayılıb geniş şəkildə
Sarcoma, Chimera
Sylvia Ganush, Meduza Qarqona

Yayılıb geniş şəkildə
It was simple
Qayıdıb Rip Van Winkle
Elə bil çıxardıb Ip Man “single”
Yayılıb geniş şəkildə
Sarcoma, Chimera
Sylvia Ganush, Meduza Qarqona

Cəhənnəmdən gəlmişəm
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm
Mən bir köhnə dərvişəm

Cəhənnəmdən gəlmişəm

Zəmanəni dolayıb
Barmağıma, sərmişəm

Bizə divanə deyənlər özləri nasaz
Biz çox insanlar gördük, sözləri nahaq
Özdəmir Asaf deyir ki
Ağrıya dözə bilməyənlər özlərini asar

Daha bir axmaq adam
Daha pəncələrimdə qan izi var
Arabir ağıla batan, Okaber, Xalisxan
Jager Gagra'dan “respect” göndərib bizə
Aladdin Agrabah'dan

Evində Karabin saxlamadan
Yaraşır müsbət kəsə mənlik
Cəbr, yəni zülm, mənfi-müsbət, nəsə tənlik
Nə qədər duz vursa da o deyil
Nüsrət nəsə mənlik
Tanıdığım tək Nüsrət, dahi şair Nüsrət Kəsəmənli

Yayılıb geniş şəkildə
It was simple
Qayıdıb Rip Van Winkle
Elə bil çıxardıb Ip Man “single”
Yayılıb geniş şəkildə
Sarcoma, Chimera
Sylvia Ganush, Meduza Qarqona

Kiminsə qarnı ac
Cibində ancaq yol puludur
Rüşvət alan kadrlar
Qorxulu kadrlardan qorxuludur
Kimlərdir yanında
Gəlməyə Qəribə cinlər diyarı
Qəribə cinlər diyarında

Haradadır satqınlar?
Camaatın haqqına girən
Danışır camaatın haqqında
Əqidəm eynidir, sadiqəm
Üstün olduğumu görənlər
Elə bilir, ABD Malikəm

Ey gözəl afət
Sənin gözlərin axar su
Mənim gözlərim axar
Sadəcə gözlərimə bax
Sözlərimə haqq qazandıranlar
Hiss edər özlərini azad

Bizə divanə deyənlər özləri nasaz
Biz çox insanlar gördük, sözləri nahaq
Özdəmir Asaf duyurub
Ağrıya dözə bilməyənlər özləri asar

Bizə divanə deyənlər özləri nasaz

Cəhənnəmdən gəlmişəm
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm
Cəhənnəmdən gəlmişəm
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm
Слушать
Скачать mp3
0

Популярные песни  Content Tv

Популярные песни  Okaber

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover