layout
Bi̇r Savaşin İçi̇ndəyəm - SAYBU & Okaber
Трек

SAYBU, Okaber - Bi̇r Savaşin İçi̇ndəyəm

Текст песни 
Текст песни: Məni maraqlandırır ancaq nə yazır yaxşılar
Nə yazı yağışına
Gözlərinə baxanda görürəm ki, nə yazıq baxışı var
Bəyazın naxışına
Biz düzdən birik, amma düz gəlmirəm həyatın həyasız axışına

Nə düzəlmirəm, nə düzlənmirəm
Çünki, olmadım yüzdən biri
İncəldiyi yerdən qopmasa, dincəlmirəm
Kimisə gücdən aslı, kimsə gücdən biri
Mən ölü, sən diri

Məni öldürə bilməyən əksinə gücləndirir
Ətrafı hirsləndirir, kimliyimiz
Amma gizlənmirik, bizdən iri olanlar gördüm, gizlənib ağlar
Tanıyır üzdən iraqlar bir—birini, üzdən bilir
Hər dəfə süpürsən, ya da tüpürsən
Silinər üzdən kiri

Bir ən dibi, bir də zirvəni görmək var
Yazan yazır aqibətimizi, silən silir
Bilənlə bilməyən bir ola bilərmi?
Ruhunu satan yəqin bilmədi, ölmək var

Susan susur, dinən dinir, məni tanıyan tanıyır, bilən bilir
Zərurət insanları diləndirir
Bu çoxuna qüsur, çirkabda boğulan qusur
Gərək oxuna qüsl, bu toxunan üsul
Bunların toxumu xarabdır, düşmür toxuma rüsum

Bir savaşın içindəyəm
Bir ümid yetər sağ qalmağa
Gün sonuna görürəm evdəyəm
Yox zamanım vaxtı saymağa

Tanrı məni yeni sınağamı çəkir
Tanı məni yoxsa silahımı çəkim
Anamın duası atamın əli ilə
Tanrı üzümə sığalımı çəkib

Kimi qorxdum itirməyə onunla sınandım
Kimin gözyaşıyla yolda islandım
Bakıdan çox məni nəfsim sıxır
Daşdan, divardan hirsimi çıxım
Hər son dedikcə yeni bir şans

Bəxş edən tanrıya ehtişam
Oldum şad, nə vaxt etdim şad
Məni mən edən edən şeyə 17 shots
SAYBU, say saloot, dəbli—dəbli dünyəvi

Deja vu yaşadım, yol uzun, şərəfli
Kim olsaq bu dünyada, insan insana gərəkdir
Kim olsaq bu dünyada, insan insana gərəkdir
Var ol!

Bizim hekayəmiz, bizdən sonra bir iz
Hisslər dərin dəniz, beynim daha təmiz
Sən bitdi sanma, hələ qabaqda arzular var
Danışılmalı mövzular var
Kim olursan ol, var ol!
Слушать
Скачать mp3
0

Популярные песни  SAYBU

Все песни

Популярные песни  Okaber

Комментарии

Комментариев пока нет
Player
×
Song coverSong cover

Song coverSong cover

Текущий плейлист
Song cover