Трек
BADCLAUSE - D Minor
Текст песни
Текст песни: Ömür keçir gözləməklə yaxşıda pis, pisdə yaxşı günləri
Hər yeni yaş daha da dadsız gəlir, dadlı dövrlərsə köhnəlir
Bəlkə günah elə özümdədir, ünvanı bəlli, qəlb başqa qonaq istəmir
Bəxt ulduzum düz get deyir, amma waze 200 metr sonra sola göstərir
Həyat yollarım dolaşıq, qarışıq, gündən—günə çətinləşir dolanışıq
Ömür ağacında son budaq qalıb, bütün ümidləri də ona bağlamışıq
Tanrını dərk edəndə dayandırdım həqiqət uğruna olan axtarışı
Şeytanla yola getməyi bacarmadım, o da ki, çıxdı sonradan tanışım
Daha nə qədər şeirə müəllif olum, necə problemin olmayım, həllin olum?
Nə döyülür qapım, nə zəng çalır telefonum, bu sevilməyin ən kədərli yolu
Yaşadım başdan bəlli sonu, gördüm unudulmağın hər fərqli tonun
Eşqdən biliyin o qədər az ki, elə bil, iki gün dərs, beş gün tətil olub
Kaş payızda xəzana dönəntək yaz gələndə könlündə bitəydim
Qəddim dik deyil daha dağ kimi, sənə çatmağçün günbəgün əyilir
Bizimki namümkün, qəribə idi, yalanın düz, düzlərin əyri
Təkcə sözlə anlaşılmaz olurdum, açmalıydım ona mütləq ürəyimi
Addımların uçurum ardı, zirvədəyəm tək, dərə dörd tərəf
Səni daxilimdə öldürdüm ki, ruhun buludtək köksümə söykənə
Sevgin qədər uzaq olsam belə, soyuqluğun qədər möhkəməm
Qəlbin daşdır, saxta təbəssümlərini yaraşdırmadım o görkəmə
İşığında getdiyin aya baxıram, elə bil həyət evindən binaya baxıram
İçimdə fağır ümidi, bu ay xoşbəxtlik alınmadı, gələn aya baxıram
Gözlər qəlbin aynası, amma sənin qəlbinə baxsa göz, ayna sınar
Başa düşmürəm ki, indidən sonra nə faydası var?

Комментарии
Комментариев пока нет