Трек
BADCLAUSE - Mahnılar Olmasa
Текст песни
Текст песни: Elə bir yol çək fikrində ki, izi mənəm, tozu mən
Düşüncəsi və sözü mən, ən azından danışmayım öz—özümə
Dərdim yerlə göy arası, sükutla səs—küy arası
Min illə bir gün arası, yenə də necəsə dözürəm
Oldum müəmma və sirr, qərarlarının bəlkəsi
Xəyalın gəzir hər cümlə, hər cild, hər nüsxə
Bağışlama, nə küsmə
Son dəfə xatırla hər şeyi bir də xatırlamamaq üzrə
Çox yaşadıq, bəlkə bir qədəri bəs olmalıydı
Münasibətimizin elə ilk görüşdə sonlarıydı
Səbrimizə son damcılar, sevginin də son barıydı
Hər dəfə yazıb danışmaq üçün elə bil nəsə olmalıydı
Qızılgüllər qapında yox, əllərində solmalı idi
Qürurum heç yox idi, heç olmaya, bir az olmalı idi
Səhnə—səhnə gözümün önündə, son sezonda ayrılıq
Kaş olmazdı — dediklərin, gec ya tez olmalı idi
Gözləməzdim vədlər sözdə sına
Heç kəsə kimsəsiz demərəm, hər kəsin öz kəsi var
Hər qədərin öz bəsi var, hər dəfənin öz nöqtəsi var
Heç bir şey unudulmaz deyil, hər şeyin növbəsi var
Sən hisslərimə sənətkar, mənzərələriməsə rəssam
Fəqət hər məqamın, hər əsnan bizi bədbəxt halına tən salıb
Şair eşqi dəryadan dərin, məxzən—ül—əsrar
Danışdı danışacağı qədər bir kəlmə də dinməz daha
Məhəbbətimiz xar olubdur
Yar əğyara vəfadar olubdur
Gül bağçaları məzar olanda
Biyaban laləzar olubdur
Can bu cahana tay olmasa
Ya səndən mənə yar olmasa
Cümlələrim dinməz, danışmaz
Neylərəm bu mahnılar olmasa
Özüylə mübarizəsi olmayan bir insanın
Mənimçün etdiyi heç nə cəsarətli gəlmir
Yolunu açıq dilədim, hara getdiyini bilsəydim
Arxanca su yerinə xəcalət tökərdim
Yaşayır hərə bir dərd içində
Bəlkə içimdə böyüyən ağrını növbəti qədəh kiçildər
Xəyalımdakı qadınla yanımdakı bir idi
Aradakı fərqi axtarmağa başlayanda əl çəkdim hər ikisindən
Yolda dərvişəm
Bu yolda son nəfərmişəm, səbəbi bunda, dərddir şərt
Səhifə—səhifə sərgüzəşt üstə rəflərdə dən düşəndə
Ömrüm elə get—gəllər imiş, bu yol qədərmişəm
Yar üçünsə ötüb—keçərmiş, öyrəşərmişəm
Yox eşqə uzun tərifim, vidatək müxtəsərmişəm
Yaşayır ayna arxasında, hiss və görünüş örtüşərkən
Ürəyi darmacalda, eyni karma, xeyir qədərdir şər
Elə uzaqlaşmışam hamıdan, özümlə belə görüşmürəm
Min könüldə var ikən yerim, bir könüldə müşküləm
Unudular üç—dörd günə deyə düşündükcə köksümə
Çökən ağrılarla tək yaşayıram, pisi də odur ki, ölmürəm
Yandı bütün körpülər, dünənə yaddır bugünkü mən
Xülasə, tör—töküntüyəm və həyatım eyni döngüdə
Dönməz agah olduğun xoş hisslər daha vergülə
Saçını şəhər sığallasın, özgə dizin üstdə mürgülə

Комментарии
Комментариев пока нет