Трек
BADCLAUSE - Son Pərdə (Epic)
Текст песни
Текст песни: Vərəq üstə yağış — sözlər, duman, hisslərinə ünvanlı min bir sual
Payız qayıtdı və söndü bu ocaq, çox üşüdüm, öz—özümə döz dedim o an
Nə qədər yalan sözlər verim ona, necə deyim məni yenə həyatına et qonaq?
Üzünü səmalara dönüb et dua, yaxşı olacaq hər şey böyük ehtimal
Arada məsafə pərdə—pərdə, yol dərddən fikrə, fikirdən dərdə
İnanmıram daha verilən hər vədə, uzağam o gündən bəri hər nəzərdən
Gördüyüm hər üz ona bənzəsə də, mənim intizarım yana bir nəfərdən
Xoşbəxtlik diləyim həqiqətən də, mən olmasam da, üzülmə bir dəfə də
Ağlamağçün səbəblərin çox, yanında sırf gülməyinçün olmuşam
Tək sənə məxsus olmuşam, xoş hisslərinə ələlxüsus olmuşam
Yollarında Məcnun olmuşam, sonradansa yad, məchul olmuşam
Anlamadım nə üçün olmuşam, bəlkə həyatına bəzəyçün olmuşam
Səninki hədiyyə, güllər, buket, hər gün, hər gün banket, içkilər və kef
İlk tanıdığım halından əsər yox, necə dəyişir insan, necə olur heyif?
İllərdir sakit həyat yaşayan qız, yaxın ətrafında gündəmdir уже
Xoş söz yox daha, kinin—kibrin var, əzizləmələr vergüllərlə deyil
Gülə—gülə düşdün ağlanası hala, səhərini açsın viski, bağlasın araq
Sözlərimə görə məni əsla qınama, üsyanım bəlli, qulaq as Axtarıram—a
Bəlkə də özünə görə haqlısan, amma məni heç vaxt yalanla, nahaqla sınama
Get—gedə çevrildin saxta insana, gərək ailən belə sənlə saxlasın ara
Pis günümdə yerin yox yəqin, ancaq xoş vaxtlarıma qonaqsan
Baxıram ayrı bucaqdan, torpağa yaxın, Allahdan uzaqsan
Özün özünün fərqində deyilsən, köhnə sənlə qarşılaşıb utansan
Birinci yaxşı insan olmağı yoxla, ondan sonra yaxşı qadın olarsan
Şəkil rəngli, xatirən ağ—qara, daha gülüşlərinə aldanmaram
Artıq etmirəm fəda hisslərimi, eşq, sevginin dadın unudanlara
Yox daha düşüncən, abır—həyanla qal, yadlara getmə çox, özünə gəl daha
Canın verə biləcək adamları dəyişdin hesabı verə biləcək adamlara
Gərək səhvləri keçim hərdən, asılı bu nə cəsarət, nə hünərdən
Mən sənin yerinə yanım halına, sən mənim halıma başqasıyla gülərsən
Gün gələr, hər şeyin itirərsən, inan, gülməz üzünə həyat üzüləndə
Səhərlər fikir, gecələr dərd, çox dedilər, səbr elə, keçər əvvəl—axır
Hamı sənə yaxın, sən hər kəsdən paxıl, üzdə təbəssüm, ürəyindən dərd axır
Əvvəl qürurlu insan idin, necə ola bildin belə haya bənd axı?
O həyatla gülər üzün bir il ən uzağı, zirvəsi qarlı güvəndiyin hər dağın
Artıq evdə gözləyənin də yoxdur, yollarına bağlı pəncərələr baxır

Комментарии
Комментариев пока нет